İran ilə Qırğızıstan arasında münasibətlər inkişaf etdirilir
https://azeri.sahartv.ir/news/İran-i232418-İran_ilə_qırğızıstan_arasında_münasibətlər_inkişaf_etdirilir
İran İslam Respublikası prezidentinin birinci müavini İran ilə Qırğızıstan arasında əməkdaşlıqların genişləndirilməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 01, 2016 04:09 Asia/Baku
  • İshaq Cahangiri
    İshaq Cahangiri

İran İslam Respublikası prezidentinin birinci müavini İran ilə Qırğızıstan arasında əməkdaşlıqların genişləndirilməsini istəyib.

İRNA-nın verdiyi məlumata görə, İran İran İslam Respublikasının vitse prezidenti İshaq Cahangiri bu gün Qırğızıstanın müstəqillik bayramı münasibəti ilə bu ölkənin baş naziri Surunbay Ceyinbəyova göndərdiyi təbrik müraciətində İranın Qırğızıstanla bütün siyasi, iqtisadi və ticarət sahələrində əməkdaşlıqların genişləndirilməsində maraqlı olduğunu bildirib. İran prezidentinin birinci müavini müraciətində qeyd edib ki, İki ölkə rəsmilərinin müştərək səyləri nəticəsində iki ölkə arasında qarşılıqlı, regional və beynəlxalq əlaqələr genişlənəcək. Cahangiri müraciətində Qırğızıstan dövləti və xalqına uğurlar arzu edib.