Sen 28, 2016 12:08 Asia/Baku
  • Məhəmməd Cavad Zərif
    Məhəmməd Cavad Zərif

İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif bir neçə dəqiqə öncə Ankaraya daxil olub.

İRNA-nın məlumatına görə, İran xarici işlər naziri Nyu-Yorkdan dönərkən Ankarada bir neçə saatlıq olaraq Türkiyə Xarici İşlər Nazirliyində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb və ikitərəfli əlaqələr və önəmli regional və beynəlxalq məsələlər barədə danışıqlar aparıb.

İranlı nazir Türkiyə baş naziri Binəli Yıldırımla da görüşərək danışıqlar aparmalıdır.

İran xarici işlər naziri ötən avqust ayında da Türkiyəyə səfər edərək prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıqlar aparmışdı.

Bu görüşlər ardınca Çavuşoğlu da Hindistan səfərində elan olunmamış proqram çərçivəsində Tehrana səfər edib və Zəriflə Suriya prosesləri və bu ölkə böhranının həlli barədə danışıqlar apardı.

Teqlər