Okt 16, 2016 10:25 Asia/Baku
  • İran Misirdəki terror aktını pislədi
    İran Misirdəki terror aktını pislədi

İran Xarici İşlər Nazirliyi ötən iki gündə bir qrup misirli hərbçinin həlak olması və yaralanması ilə nəticələnən Sina bölgəsindəki terror hücumlarını pisləyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi şənbə gecə istənilən formada və istənilən yerdə terror aktlarını pisləyib və dünya ictimaiyytinin bu nəhs fenomenə diqqətini cəlb edərək deyib: Regionun bütün xalq kütlələrini hədəfə alan terror cinayətləri və zorakılıqların genişlənməsi yalnız dövlətlərin birliyi, dünyanın iradəsi və region xalqlarının ayıq-sayıqlığı sayəsində aradan qaldırıla bilər. 

Qasimi bildirib: Tehran həmişə hər bir ölkədə və hər bir qruplaşma tərəfindən izlənilən və region və region ölkələrində de-stabilik və qorxu yaradan terrorizm və radikallığı tam qətiyyətlə pisləyir. 

İran XİN sözçüsü törədilmiş hadisəyə görə, Misir xalqı və dövlətinin dərdinə şərik çıxaraq bu hterror aktı qurbanlarının yaxınlarına başsağlığı verib. 

Cümə günü misirli hərbçilrəə hücumda azı 12 hərbçi həlak olub və 7 nəfər də yaralanıb. 

İŞİD terror qruplaşması misirli hərbçilərə hücumun məsuliyyətini üzərinə götürüb. 

Teqlər