İran sionistlərin əsassız iddialarına cavab verib
-
Qulamhüseyn Dehqan
İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsinin müavini sionist rejimin İrana qarşı iddialarının başdan ayağa əsassız, yalan və təkrar xarakterli olduğunu deyib.
İRİB-nin verdiyi məlumata görə, Qulamhüseyn Dehqan dünən BMT baş katibi və Təhlükəsizlik Şurasının sədrinə bir məktub göndərərək bildirib: Sionist rejimin nümayəndəsinin TŞ-yə yeni məlumatların təqdim edilməsinə dair iddiası həmişə olduğu kimi əsassızdər və heç bir fakta sövkənmir.
Q.Dehqan bildirib: İrana qarşı TŞ-nin qətnamələrinin pozulması barədə iddialar elə bir rejim tərəfindən səsləndirilir ki, onun özü BMT-nin baş assambleyası və Təhlükəsizlik Şurasının bu rejimin işğalçılığına qarşı bütün qətnamələrini daima istehza etmişdir.
Dehqani sionist rejimin hiləgər və ikiülü rejim olduğunu bildirərək vurğulayıb ki, on illər boyu fələstinlilərin torpaqlarını işğal etmiş və onların insan haqlarını pozan , qadın və uşaqlarda daxil fələstinli mülkilərin kütləvi terrorunu davam etdirən bu rejim indi İranı terrorizmə dəstək verməkdə ittihamlandırır.
İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsinin müavini təkidlə bildirib ki, sionist rejimin bu kimi iddialar və ittihamlar səsləndirməkdə məqsədi beynəlxalq ictimaiyyətin diqqətini qəzzəyə qarşı mühasirədən, işğal olunmuş ərazilərdə yaşayış məntəqələri, məktəblər və xəstəxanaların bombardıman edilməsindən , fələstinlilərin mənzillərinin dağıdılması, onların əmlakının müsadirə edilməsi eləcə də müqəddəs məkanlara hörmətsizliklər edilməsindən yayındırmaqdır.