Noy 30, 2016 19:24 Asia/Baku
  • Qatar hadisəsi qurbanları Təbrizdə son mənzilə yola salındı
    Qatar hadisəsi qurbanları Təbrizdə son mənzilə yola salındı

Təbriz-Məşhəd qatarı hadisəsində həlak olanlar bu gün təbrizlilərin izdihamlı iştirakı ilə son mənzilə yola salınıblar.

Bu mərasimdə İranın yol və şəhərsalma naziri Abbas Axundi, səhiyyə, müalicə və tibbi təhsil naziri Qazizadə Haşimi, prezidentin müavini Ənsari və İranın İdarə və İş məsələləri üzrə Təşkilatının sədri, prezidentin qadın və ailə məsələləri üzrə müavini Şəhindoxt Mollaverdi iştirak edib.

Ötən cümə günü Siman-Məşhəd və Təbriz Məşhəd qatarlarının toxuşması nəticəsində, sərnişin və qatarın işçi heyətindən 48 nəfər həlak olub.

İnsanlar hərəminin qanadları yanmış göyərçinləri üçün gəlirlər. Ey Xorasanın sultanı!

Övladının yükünü sonuncu dəfə olaraq göz yaşı ilə bağlayan ananın qəm-kədərinə ağlayırlar. Ya Hüseyn, Ya Rza fəryad edirlər. Əhli-Beyt (ə) xidmətçiləri və məddahlarını itirmək matəmində.

Bir təbrizli deyib: Doğrudan da demək olar ki, behişt müsafirləri idi. Bu gün hamısı ilə əziz Təbriz əhalisi vidalaşdı. Doğrudan da bu gün Təbriz əhalisi vilayət aşiqi, vilayət aşiqlərini sevənlər olduğunu əks etdirdi.

Arzuları Məşhədur-Rzanı görmək olan azyaşlıları itirmək qəmində ağlayırlar.

Bu gün İranın başı matəmə qərq olmuşdu. Bu gün bütün İran hüzn, qəm-kədər içində idi.  

Təbrizin imam cüməsi Ayətulllah Müctəhid Şəbistəri deyib: Bu müsibətlə bağlı İslam İnqilabının Böyük Rəhbəri dərindən dərk edir və təsirlənir. Mənə əmr etdilər ki, onun başsağlığı və həlak olanların dərdinə şərik çıxmağı siz Təbriz əhalisi və Azərbaycan əhalisinə elan edim.

Prezidentin qadın və ailə məsələləri üzrə müavini Şəhindoxt Mollaverdi deyib: Biz dörd nəfərə hökumət tərəfindən tapşırılıb ki, burada olaq və prezidentin salam və başsağlığını elan edək.

Səhiyyə, müalicə və tibbi təhsil naziri Qazizadə Haşimi deyib: Diqqətlə, intizamla və ədalətlə araşdırılmalıdır. Hər bir səhlənkarlıq və səhv varsa, cəzalandırılsın.

Təbrizin millət vəkili Məsud Pezeşkian deyib: Bunu diqqətdə saxlamalıyıq ki, nöqsanlar və çatışmazlıqlara görə ölkədə yenidən belə hadisələr baş verməsin.

Yar hərəminin zəvvarları hərəmə çatmadılar. Amma ruhları bu gün Rzanın hərəmində Ahu zamininin əzasına oturdu. Təbriz əhalisi Günəş hərəminin zəvvarlarını Allaha doğru yola saldılar. Bu aşiq zəvvarlar Həzrət Rzanın görən gözüdür.

 

Teqlər