İran fələstinin tələblərini dəstəkləyir və işğalçılığa qarşıdır
https://azeri.sahartv.ir/news/İran-i252857-İran_fələstinin_tələblərini_dəstəkləyir_və_işğalçılığa_qarşıdır
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Tehran fələstinlilərin tələblərinin reallaşdırılmasına dəstək və sionsit rejimin işğalçılığına qarşı istənilən addımı dəstəkləyir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 24, 2016 16:30 Asia/Baku
  • İran fələstinin tələblərini dəstəkləyir və işğalçılığa qarşıdır

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Tehran fələstinlilərin tələblərinin reallaşdırılmasına dəstək və sionsit rejimin işğalçılığına qarşı istənilən addımı dəstəkləyir.

İran Xarici İşlər Nazirliyinin Baş Media Diplomatiyası İdarəsinin məlumatına görə, İran XİN sözçüsü Bəhram Qasimi şənbə günü BMT Təhlükəsizlik Şurasında Fələstin xalqına dəstək üzrə qətnamənin təsdiqlənməsi barəsində deyib: Sionist rejimin Fələstin ərazilərində qəsəbələri genişləndirmək üzrə siyasətləri və funksiyası beynəlxalq hüquq və qaydalarla tam ziddiyyətdədir və İran dəfələrlə bu məsələni vurğulayıb.

Qasimi əlavə edib: BMT Təhlükəsizlik Şurasının qətnamə təsdiqləməsi sionist rejimin cinayətlərinə dəstək üzrə bəzi qüdrətlərin bu şurada veto hüququndan istifadə etməyə dair uzun keçmişi olmasına baxmayaraq, dünya ictimaiyyətinin İsrailin işğalına son qoymaq və Fələstin xalqının hüququnun bərpasına iradəsini əks etdirir. Hərçənd təcrübə sübut edib ki, bu rejim beynəlxalq tələb və meyarların heç birinə sadiq deyildir.

İran XİN sözçüsü sionist rejimin cinayətləri, qəsbkar və işğalçılıq mahiyyəti ilə bağlı beynəlxalq səviyyədə məlumatın artmaqda olduğunu bəyan edərək deyib: Fələstin məsələsinin həlli məzlum Fələstin xalqının təbii haqqının bərpa olunması və sionist rejimin ekspansionist və işğalçılıq siyasətləri ilə mübarizə çərçivəsində beynəlxalq ictimaiyyətin ciddi və qətiyyətli addımına ehtiyaclıdır.

BMT Təhlükəsizlik Şurası ötən gecə sionist rejimin işğal olunmuş ərazilərdə qəsəbələr salmasına qarşı qətnaməni 14 lehinə səslə qəbul edib.

Bu qətnaməyə əsasən sionist rejim işğal olunmuş Fələstin ərazilərində qəsəbələr salmaq üzrə bütün fəaliyyətlərini dərhal və tam şəkildə dayandırmalıdır.