İran və Küveyt siyasətlərinin prioriteti
Yan 25, 2017 20:24 Asia/Baku
İran və Küveyt xarici işlər nazirləri ikitərəfli, regional və beynəlxalq əlaqələrin genişləndirilməsini Tehran və Küveytin siyasətlərinin prioriteti adlandırıblar.
Küveytin xarici işlər naziri Səbah Əlxalid Ələhməd Əssəbah bu gün Tehranda İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşərək, onunla ikitərəfli əlaqələr və mühüm region məsələləri barədə danışıb.
Zərif bu görüşdə qonşuları İranın xarici siyasətinin ən mühüm prioriteti adlandırıb.
Küveytin xarici işlər naziri Səbah Əlxalid Ələhməd Əssəbah terrorizmi bütün region ölkələri üçün müştərək bir xətər adlandırıb və belə deyib: Zərurət tələb edir ki, region ölkələri arasındakı fikir ixtilafları və anlaşılmazlıqlar dinc bir atmosferdə və birbaşa danışıqlarla aradan qaldırılsın.