İran ilə İsveç arasında 5 əməkdaşlıq sənədi imzalanıb
İran İslam Respublikası və İsveç müştərək əməkdaşlıqlaırn genişləndirilməsi məqsədilə 5 əməkdaşlıq sənədi imzalayıblar.
Sənədlər bu gün İran İslam Respublikası prezidenti Həsən Ruhani və İsveçin baş naziri Stefan Lofunun başçılıq etdikləri iki ölkənin yüksək səviyyəli heyətlərinin Tehranda keçirilən görüşlərindən sonra müvafiq rəsmilər tərəfindən imzalanıb.
İmzalanmış əməkdaşlıq sənədləri, elm və texnologiya, ali təhsil, tədqiqat, yol, rabitə və informasiya eləcə də qadın və ailə sahələrini əhatə edir.
İsveçin baş naziri İran prezidentinin rəsmi dəvəti ilə dünən gecə ticarət və siyasi heyətə başçılıq edərək Tehrana daxil olmuşdur.
İsveçin baş nazirinin Tehran görüşlərində qarşılıqlı iqtisadi və siyasi əməkdaşlıqların genişləndirilməsi, region hadisələri xüsusilə Suriya böhranının müzakirə olunacağı bildirilib.