Fev 13, 2017 17:25 Asia/Baku
  • Əli Əkbər Salehi
    Əli Əkbər Salehi

İran İslam Respublikasının Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi Yaxın Şərqin ən iri nüvə xəstəxanasının İranda inşa edilməsindən xəbər verib.

Əli Əkbər Salehi bu gün Tehranda uşaqların tibb mərkəzinə baxış keçirdiyi zaman hökumətin səhiyyə və müalicə sahəsinə xüsusi qayğı göstərdiyini bildirib və deyib: Hal hazırda icra edilməkdə olan dəyərli layihələrdən biri Yaxın Şərqin ən iri nüvə xəstəxanasının İranda inşa edilməsidir.

İranın Atom Enerjisi Təşkilatının sədri əlavə edib: İranın nüvə xəstəxanası böyük sərmayə qoyuluşu ilə xalqa dəyərli xidmətlər göstərəcək nümunəvi bir xəstəxana olacaq. 

Salehi İranın nüvə mərkəzlərinin müasirləşdirilməsi çərçivəsində nüvə elmi və texnologiyası ilə əlaqədə olan xəstəxanalara və tibb mərkəzlərinə də davamlı şəkildə yardımların ediləcəyini bildirib və deyib: Bu istiqamətdə müsbət addımlar atılmaqdadır. 

İranın Atom Enerjisi Təşkilatının sədri bu gün Tehranda Uşaqların Tibb Mərkəzində olaraq, sümük peyvəndi, urologiya və urologiya araşdırmaları mərkəzi, laboratoriya və nüvə tibbi bölməsi, Qamma Cell laboratoriyası habelə, açıq ürək cərrahiyyə əməliyyatları üçün reanimasiya şöbəsinə baxış keçirib. 

Teqlər