Nemətzadə: Rusiya İran malları üçün 140 milyonluq bazara malikdir
https://azeri.sahartv.ir/news/İran-i263942-nemətzadə_rusiya_İran_malları_üçün_140_milyonluq_bazara_malikdir
İranın sənaye, mədən və ticarət naziri deyib: Rusiya İran üçün 140 milyonluq bazardır və iki ölkə əlaqələrin inkişafı üçün əlverişli potensiallara malikdirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 29, 2017 08:57 Asia/Baku
  • Nemətzadə: Rusiya İran malları üçün 140 milyonluq bazara malikdir
    Nemətzadə: Rusiya İran malları üçün 140 milyonluq bazara malikdir

İranın sənaye, mədən və ticarət naziri deyib: Rusiya İran üçün 140 milyonluq bazardır və iki ölkə əlaqələrin inkişafı üçün əlverişli potensiallara malikdirlər.

İranın sənaye, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadə dünən gecə Moskvadan qayıdarkən İRİB-in müxbirinə verdiyi müsahibədə deyib: İran və Rusiya əsas enerji istehsalçılarıdırlar amma tikinti materialları, ev əşyaları və bəzi ilkin maddələr Rusiyaya icrac oluna bilər. 

Məhəmmədrza Nemətzadə deyib: İran prezidentinin Rusiyaya səfərində iki ölkə sərnişin qatarlarının müştərək istehsalı, metro vaqonlarının istehsalı, vertolyotun müştərək istehsalı barədə razılığa gəldilər və bu razılıqlar icra mərhələsinə çatdırılmalıdır. 

İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar ertəsi günü yüksək səviyyəli siyasi iqtisadi heyətə başçılıq edərək Moskvaya rəsmi səfər etmişdir. Bu iki günlük səfərdə o Rusiya prezidenti və baş naziri ilə görüşlər keçirmişdir. 

İran və Rusiya dünən müxtəlif sahələri əhatə edən 14 əməkdaşlıq sənədi imzaladılar və qarşılıqlı, regional və beynəlxalq əməkdaşlıqların davam etdirilməsi barədə müştərək bəyanat verdilər.