İranda prezident seçkiləri-2017
Prezident seçkiləri üçün 6 namizədin müəyyənləşməsindən sonra İran İslam Respublikasında 12-ci prezident seçkiləri ölkənin ən əsas gündəminə çevrilib.
İran İslam Respublikası konstitusiyasının 113 saylı maddəsinə əsasən İranın siyasi sistemində prezident rəhbərdən sonra ölkənin ən yüksək rəsmi vəzifəsi sayılır və hər 4 ildən bir xalqın bir başa səsi ilə seçilir. Prezidentin ardıcıl olaraq 2-ci dəfə seçilməsi maneəsizdir.
Konstisusiyanın 115-ci maddəsinə görə prezident üçün bu kimi cəhətlər nəzərdə tutulub: İranlı olmalı, idarəçilik və tədbir qabiliyyətinə malik olmalı, müsbət keçmişə malik olmalı, təqvalı və əmanətdar olmalı, İran İslam respublikası və ölkənin rəsmi məzhəbinin prinsiplərinə inanmlıdır.
İranda prezident seçkiləri və şəhər və kəndlərin islami şuralarına seçkilərin doğru-düzgün keçirilməsinə nəzarət, Konstitusiyaya nəzarət şurasının(Nigəhban Şurası) daxili işlər nazirinin başçılığı ilə seçkilərin icra qərargahı tərəfindən həyata keçirilir.
İranda növbəti prezident seçkilərinin, şəhər və kəndlərin islami şura seçkiləri ilə eyni zamanda keçirilməsi onun əhəmiyyətini iki qat artırır.
Konstitusiyanın 100-cü maddəsinə görə şəhər və kəndlərin islami şuraları İslam Respublikası quruluşunun demokratik nailiyyətlərindən biri hesab olunur.
İranda şəhər və kəndlərin islami şuraları seçkilərində 287 min 452 nəfər namizədliyini irəli surub, onların 96 faizinin namizədliyi təsdiqlənib və seçkilərdə rəqabət imkanı əldə ediblər.
Şəhər və kəndlərdə abadlıq layihələri həmin şuralarda müzakirə edilib təsdiqləndikdən sonra icra edilmək üçün bələdiyyələrə və kənd icra təsisatlarına təqdim olunur.
Qurani kərimin kollektiv məsələlərdə hamının fikrinin öyrənilməsi və iştirakına şərait yaradılmasına dair təkidləri nəzərə alınaraq İranın konstirusiyası sosial həyatda qərar qəbul etmələrdə xalqın iştirakını ən yaxşı model əsasında reallaşdırır.
İranın 80 milyonluq əhalisindən 56 milyon 966 min nəfər, başqa sözlə əhalinin 71 faizi səs vermək hüququna malikdir.
İranda seçki təbliğatları seçkilərin keçirildiyi gündən bir gün öncəyədək qanunidir.
İran İslam Respublikasında 12-ci prezident seçkiləri və 5-ci şəhər və kəndlərin islami şuraları seçkiləri 2017-ci il 19 mayda 55 mindən çox seçki məntəqəsində keçiriləcək.
Xaricdə yaşayan vətəndaşlar da növbəti prezident seçkilərində iştirak etmək hüququna malikdirlər.
12-ci prezident seçkiləri ölkə daxili ilə eyni zamanda digər ölkələrdə də 126 seçki məntəqəsində təşkil olunacaq.
İranda İslam Respublikasının yarandığı gündən başqa sözlə son 38 ildə ölkədə 40 seçki keçirilmişdir.
Ən əsas demokratik metod olan seçkilərdə xalqın rolunun əhəmiiyyəti İran İslam Respublikasını regionda demokratik üsul-idarənin nümunəsinə çevirmişdir.
Artıq prezident seçkilərinin son 3 dövründə namizədlərin radio və televiziya vasitəsi ilə canlı tele-debatları təşkil olunur və bu ümumi fikrin aydınlaşması və prezidentin seçilməsində təsirli rol oynayır.
Artıq dünən aprelin 29-da namizədlərin tele-debatına start verildi və bu ilk tele-debatda prezidentliyə 6 namizəd ictimayi mövzularda öz planlarını təqdim etdilər.