Dehqan: Raket ixracatına qadirik
İran İslam Respublikasının müdafiə naziri deyib: İran daxili ehtiyaclarının təminindən əlavə digər ölkələrə də raket ixrac etməyə qadirdir.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, General Mayor Hüseyn Dehqan bu gün İran İslam Respublikasının raket istehsalı sahəsində hər hansı məsafəni istənilən dağıdıcılıq gücü ilə və dəqiqliklə hədəfə almaq qabiliyyətinə malik olduğunu bildirərək deyib: İranın müdafiə nailiyyətləri düşmənlərə qarşı təsirli önləyici amil hesab olunur.
İranın müdafiə naziri həmçinin İranın hərbi məhsullarının qərbin İrana qarşı zalım sanksiyalarına rəğmən dünyanın digər böyük ölkələrinə də ixrac edilmək qabiliyyətinə malik olduğunu bildirib.
General Mayor Hüseyn Dehqan son illərdə İranın silah istehsalında 100 qat artımın olduğunu bildirərək deyib: İranın Müdafiə və Silahlı Qüvvələrə dəstək Nazirliyi bu gün ölkənin quru qoşunlarının bütün ehtiyaclarını təmin etməyə qadirdir.
İranın müdafiə naziri əldə olunmuş inkişafın İranın böyük xalqının fədakar oğullarının səylərinin nəticəsi olduğunu vurğulayıb.