Zərif Həniyyəni təbrik etdi; İran Fələstin müqavimətinə dəstəyi vurğuladı
https://azeri.sahartv.ir/news/İran-i268676-zərif_həniyyəni_təbrik_etdi_İran_fələstin_müqavimətinə_dəstəyi_vurğuladı
İran İslam Respublikası xarici işlər naziri Fələstin islam Müqaviməti Hərəkatı Həmasın siyasi bürosunun yeni sədrinə təbrik müraciətində İranın Fələstin xalqının müqavimətinə dəstəyinin davam etməsini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 10, 2017 05:44 Asia/Baku
  • İran xarici işlər naziri Məhəmməd Cavad Zərif
    İran xarici işlər naziri Məhəmməd Cavad Zərif

İran İslam Respublikası xarici işlər naziri Fələstin islam Müqaviməti Hərəkatı Həmasın siyasi bürosunun yeni sədrinə təbrik müraciətində İranın Fələstin xalqının müqavimətinə dəstəyinin davam etməsini vurğulayıb.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə axşamı gecə Həmasın siyasi bürosunun yeni sədri İsmayıl Həniyyəyə müraciətində onu bu vəzifəyə seçilməsi münasibəti ilə təbrik edib. 

Zərif bu müraciətdə ümidvarlıq edib ki, Həniyyə Allah-taalanın köməyi ilə və müqavimətin təcrübələrindən faydalanmaqla Fələstinin digər mücahidləri və müqavimətin kənarında, islam dünyasının birliyini hədəf alan və təfriqə və fitnəkarlıqla Fələstin və Qüds amalının unudulması niyyətində olan və islam ümməti övladlarının müqavimət yolunu qırmağa cəhd edən sionist rejimin təhdidlərini puç edəcək. 

İran xarici işlər naziri işğaldan xilas, bütün müqavimət şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün İran İslam Respublikasının Fələstin xalqının müqavimətinə dəstəyinin davam edəcəyini bir daha vurğulayaraq İsmayıl Həniyyəyə Allah-taaladan uğurlar diləyib. 

Ötən cümə günü Həmas hərəkatı liderləri İsmayıl Həniyyəni Həmasın siyasi bürosunun yeni rəhbəri seçiblər. İsmayıl Həniyyə Həmasın siyasi bürosunun yeni sədri olaraq Xalid Məşəlin canişini olub.