Ayətullah Əraki İslam ölkələrinin əlaqələrinin möhkəmləndirilməsini vurğulayıb
İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Ümumdünya Assambleyasının baş katibi deyib: Rusiya federasiyasındakı respublikalar İslam ölkələrinin əlaqələrinin möhkəmləndirilməsi, eləcə də onların dünyadakı siyasi və iqtisadi rolunun yüksəldilməsi istiqamətində regionda və dünyada mühüm rol oynaya bilərlər.
İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Ümumdünya Assambleyasının baş katibi Ayətullah Mohsen Əraki Çeçenistanda keçirilən "Rusiya və İslam Dünyası" adlı konfransın kənarında Tatarıstan prezidenti Rüstəm Minenxanovla görüşdə əlavə edib: İran İslam elmləri sahəsində Rusiya respublikalarının universitetləri və İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Universitet arasında elmi-tədqiqat həmkarlıqları yarada bilər.
Ayətullah Əraki həmçinin Tatarıstan prezidentini 2017-ci ilin dekabrında Tehranda keçiriləcək İslam Birliyi Konfransında iştiraka dəvət edib.
Tatarıstan prezidenti Rüstəm Minenxanov da bu görüşdə deyib: İran qədim sivilizasiyaya və əsl-nəcabətli bir xalqa malik bir ölkədir ki, onun dini adət-ənənəyə etiqadı bu ölkənin mədəni yüksəlişinə səbəb olubdur.
"Rusiya və İslam Dünyası" adlı 3-cü konfrans dünən 30 islam ölkəsinin nümayəndələrinin iştirakı, eləcə də terrorizmlə müştərək mübarizə və iqtisadi əməkdaşlıqların inkişaf etdirilməsi mehvəri ilə Çeçenistanda işə başlayıbdır.