Qasemi: Misir terror hücumu dəstəklənmiş firqəçiliyə bariz nümunədir
İran Xarici İşlər Nazirliyinin sözçüsü Misirin Mina vilayətində xristianlara qarşı hücumu, dəstəklənmiş firqəçiliyə bariz nümunə adlandırıb və onu pisləyibdir.
Bu gün Misirin Mina vilayətində on silahlı şəxsin xristianları daşıyan iki avtobusa qarşı hücumunda 26 nəfər ölüb, 20-dən çox insan da yaralanıbdır.
Bəhram Qasemi qeyd edibdir ki, Mançester partlayışı, İŞİD və Əbu Səyyaf ünsürlərinin Filippindəki hücumları, Tailand və İndoneziyadakı terror hərəkətləri və qanlı Misir atışması kimi hadisələr məhz Amerika prezidentinin Ərəbistana səfərindən sonra baş veribdir.
O, əlavə edib: Bu hadisələrin ardıcıl olaraq təkrarlanması dəstəklənmiş firqəçiliyin ruhiyyələnməsinin nişanələri ola bilər ki, onun digər təzahürü Yəməndəki qanlı savaşda, Bəhreyn və Ərəbistandakı cari qırğınlar və repressiyalarda müşahidə olunur.
İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: Əslində ekstremizm və terrorizmlə mübarizə çətiri altında həyata keçirilmiş Ərriyaddakı son nümayişkaranə hərəkətlərin dünyanın hər yerində silahlı terrorizmin logistik və maliyyə, həmçinin təkfirçi vəhhabilik təfəkkürünün ixrac olunması mənşəyini himayədən savayı heç bir nəticəsi olmayıbdır.