İran və Almaniya bank əməkdaşlıqlarını müzakirə edəcəklər
İran İslam Respublikası xarici işlər naziri deyib: Almaniyanın maliyyə naziri Volfqanq Şauble ilə iki ölkə arasında geniş bank əməkdaşlıqları, xüsusiylə iki ölkənin iri bankları arasında qarşılıqlı əməkdaşlıqlar müzakirə ediləcək.
İRİB-in verdiyi məlumata görə, Almaniyanın maliyyə naziri Volfqanq Şaublenin dəvəti əsasında Avropa Birliyi Xarici Əlaqələr Şurasının illik iclasının açılış mərasimində iştirak etmək üçün Almaniyada səfərdə olan İİR XİN rəhbəri Məhəmməd Cavad Zərif deyib: Bu iclasda regionun durumu, regionda təhlükəsizlik və stabilliyin təmini üçün İran ilə Avropa arasında əməkdaşlıq imkanları eləcə də terrorizm və ifratçılıqla mübarizə mövzuları müzakirə ediləcək.
Zərif Almaniya prezidenti Frank Valter Ştaynmayer və bir neçə alman nazir ilə görüşlərinə, Almaniyanın sənaye və ticarət adamları ilə iclasına da işarə edərək deyib: Almaniyanın iri şirkətləri İran bazarında iştirak etmək və İranda investisiya qoymaqda maraqlıdırlar.