İyun 27, 2017 16:31 Asia/Baku
  • Zərif: İran Almaniya ilə birgə istehsal üçün etimadolunası bir şərikdir

İranın xarici işlər naziri Tehran-Berlin iqtisadi əlaqələrinin genişləndirilməsini vurğulayaraq, deyib: İran Almaniya ilə birgə istehsal və onun məhsullarının region ölkələrinə, xüsusən Mərkəzi Asiyaya ixracatı üçün etimadolunası bir şərik ola bilər.

İranın xarici işlər naziri dünən ikitərəfli görüş və Avropa Birliyinin Xarici Əlaqələr Şurasının iclasında iştirak məqsədilə Almaniyanın paytaxtı Berlinə daxil olub.

Daxil olan məlumata görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Almaniyanın iqtisadiyyat naziri Brigit Ziprays ilə görüşdə iki ölkənin yaxşı və tarixi əlaqələrinə toxunaraq, bildirib ki, iranlı iş adamları ilə Almaniyanın ticarət icması arasında qarşılıqlı etimad mövcuddur.

Zərif həmçinin İranda böyük imkanların mövcud olmasına işarə edərək, əlavə edib: Bank əməkdaşlıqları İran ilə Almaniya arasında iqtisadi və ticari əlaqələrin genişlənməsinə zəmin yaradan yollardan biridir.

Almaniyanın iqtisadiyyat naziri də bu görüşdə iki ölkə arasındakı üç milyard dollarlıq əlaqələr həcminə toxunaraq deyib: İki ölkə əlaqələri tamamilə yaxşı səviyyədədir və bir çox alman hər il İranda olur və xalq mübadilələri çox və xalqların əlaqələri yaxşı şəkildə bərqərar olarsa, təbii ki, iqtisadi əlaqələr də yaxşılaşacaqdır.

O, həmçinin İran-Almaniya iqtisadi əlaqələrinin daha da genişlənməsini istəyib və belə deyib: Almaniyanın “Hermes” adlı ixracat sığortası energetika və elektrik sahələri xüsusiyyət təşkil etməklə İranda investisiya layihələrinin sığortasına zəmanət verməyə maraqlıdır.

Almaniyanın iqtisadiyyat naziri bildirib ki, Berlin Tehranla bank əlaqələrini gücləndirmək niyyətindədir. O, vurğulayıb ki, Almaniya bütün siyasi və iqtisadi sahələrdə İranla əlaqələrini genişləndirməyə maraqlıdır.

 

Teqlər