İyul 02, 2017 15:13 Asia/Baku
  • Laricani: ABŞ-ın məqsədi İranın regional mövqeyini zəiflətməkdir

İran İslam Şurası Məclisinin sədri deyib: ABŞ Senatında izlənilən layihənin əsas məqsədlərindən biri İranın regional mövqeyini zəiflətməkdir.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani bazar günü Tehranda Məhkəmə Hakimiyyətinin ölkə səviyyəli iclasında etdiyi çıxışında ABŞ-ın İrana qarşı beynəlxalq təzyiqlər ardınca olduğunu bildirib və deyib: ABŞ-ın İranın raket potensialına qarşı mövqe tutması İranın regional mövqeyini zəiflətmək və İrana qarşı təzyiqləri artırmaqdır.

Laricani əlavə edib: İran İslam Respublikası nüvə anlaşmasına zidd olan halları izləyir və ABŞ Senatında qəbul edilən layihələri diqqət mərkəzində saxlayır.

İran İslam Şurası Məclisinin sədri həmçinin, İraqın Mosul şəhərinin İŞİD-in işğalından azad edilməsini regionda cərəyan edən müsbət dəyişikliklərdən adlandırıb və deyib: İraq rəsmiləri, ordu qüvvələri və könüllü xalq qüvvələri habelə, Sepah-ın Qüds qoşunları arasındakı ahəngdarlıq və əməkdaşlığı ilə İŞİD-in yatırdılması əməliyyatı çox qabarıq formada olub. 

Teqlər