Almaniya İranda tullantıların qaydaya salınması sahəsində fəaliyyətə hazırdır
https://azeri.sahartv.ir/news/İran-i276252-almaniya_İranda_tullantıların_qaydaya_salınması_sahəsində_fəaliyyətə_hazırdır
İranın Gilan valisi deyib ki, alman şirkətlər Gilan vilayətində tullantıların qaydaya salınması və idarə olunması sahəsində sərmayə yatıracaqlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 14, 2017 11:23 Asia/Baku
  • Almaniya İranda tullantıların qaydaya salınması sahəsində fəaliyyətə hazırdır
    Almaniya İranda tullantıların qaydaya salınması sahəsində fəaliyyətə hazırdır

İranın Gilan valisi deyib ki, alman şirkətlər Gilan vilayətində tullantıların qaydaya salınması və idarə olunması sahəsində sərmayə yatıracaqlar.

IRIB-nin məlumatına görə, zibilin elektrikə çevrilməsi üzrə modern sistemlərlə tanışlıq məqsədilə Almaniyaya səfər etmiş Gilan valisi Mohəmməd Əli Nəcəfi sonra belə deyib: Almaniyanın Kayzerslautern şəhərində yerləşən zibilyandırma zavondundan baxış keçirərkən bu şirkətin müdirlərilə Gilanda zibilyandıran elektrik stansiyalarının inşası və təmiz enerjilərin istehsalı sahəsində investisiya üzrə yaxşı müzakirələr aparıldı.

Gilan valisi həmçinin deyib: Zibilyandıran elektrik stansiyaları texnologiyalarının köçürülməsilə İranın şimal şəhərlərinin zibil problemini həll etmək olar.