İyul 27, 2017 17:03 Asia/Baku
  • İranın yol və şəhərsalma naziri Almaniyaya səfər edib
    İranın yol və şəhərsalma naziri Almaniyaya səfər edib

İranın yol və şəhərsalma naziri dəmiryolu və dəniz nəqliyyatı sahələrində investisiya barədə Almaniya rəsmilərilə məşvərət aparmaq məqsədilə həmin ölkəyə səfər edib.

IRNA-nın məlumatına görə, Abbas Axundi iyulun 29-dək davam edəcək bu səfərdə Almaniyanın maliyyə naziri Volfqanq Şuşble, iqtisadiyyat naziri Brigit Ziprays və xarici işlər naziri Ziqmar Qabriel ilə görüşlər keçirəcək.

Dəmiryolu və dəniz nəqliyyatı sahələrində birgə iclasda iştirak; aviasiya təcili yardımı bölməsində helikopter şirkətləri və Airbus şirkətinin nümayəndələri, eləcə də alman tərəflə ixtisas iclası; həmçinin dənizçilik və limanlar üzrə ekspert iclasında iştirak İranın yol və şəhərsalma nazirinin Almaniyaya səfərində nəzərdə tutulmuş proqramlardandır.

Teqlər