Almaniyadan təchizatlar alınır
İranın yol və şəhərsalma naziri Almaniyaya səfərində və "Thales" şirkətinin lobaratoriyasına baxış keçirərkən srətli qatarlar üçün siqnalizasiya sistemləri və aeroport radarlarının İranda da quraşdırılması mövzusunu müzakirə edib.
İSNA-nın verdiyi məlumata görə, Almaniayada səfərdə olan Abbas Axundi dünən Almaniyanın Thales nəqliyyat şirkətinin rəhbərləri ilə görüşüb və sonra bu şirkətin siqnalinq sistemini nümayiş etdirən lobaratoriyasına baxış keçirib.
Abbas Axundi və alman şirkətin rəhbərləri sürətli qatar sistemlərinin yüksəldilməsi və yeni radarların quraşdırılması və müasir texnologiyanın təmin edilməsi mövzusunu müzakirə ediblər.
İranlı nazir həmçinin Berlində Siemens sənaye kompleksinə baxış keçirib və bu şirkətin rəhbərləri ilə də müzakirələr aparıb.