Ruhani: ƏMTP-nı pozmaqda İran birinci olmayacaq
İran İslam Respublikası prezidenti deyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin təzyiq altında qalaraq ABŞ-ın İranın hərbi mərkəzlərinə təftiş tələbi ilə razılaşacağı qeyri-mümkündür.
İran İslam Respublikası prezidenti Həsən Ruhani dünən televiziyadan xalqa canlı nitqində amerikalıların özləri belə, bu ölkə prezidenti Donald Trampı dəyərləndirməkdən aciq qaldıqlarını bildirərək deyib: İran İslam Respublikası Əhatəli Müştərək Təşəbbüs Proqramını pozmaqda birinci olmayacaq.
Ruhani deyib:Müqabil tərəf ƏMTP-nin pozulması istiqamətində hansısa öhdəliyinə zidd hərəkət edərsə İran ona lazımı reaksiyanı göstərəcək. Bu gün iran üçün ən yaxşı Amerika üçün isə ən pis şərait var. ABŞ sanksiya edir amma xarici banklar İranla əməkdaşlıq müqavilələri imzalayırlar.
İran İslam Respublikası prezidenti Amerikanın İrana qarşı birlik yaratmaq cəhdlərində ən çətin durumda olduğunu bildirərək deyib: Sanksiyalar qayıtmayacaq, dünyanın İrana baxışı dəyişib, bəlkə amerikalılar başqa cür fikirləşir amma sanksiyalar heçvaxt keçmişdəki kimi olmayacaq.
Ruhani Tehran ilə Ərrəyad əlaqələrindəki böhran barədə isə deyib: Əsas problem Səudiyyə Ərəbistanının Yəməndəki müdaxilələri və terrorçu əməliyatlara dəstək verməsidir. Əgər Yəmən məsələsini yəmənlilərin öz üzərinə qoysalar və terrorçulara da dəstək verməsələr çox ehtimal ki İran ilə Səudiyyə Ərəbistanı arasındakı problemlər də öz həllini tapacaq.
Ruhani iranlı hacıların Ərəbitana səfərinin iki ölkə arasında məsələlərin həll edilməsi üçün yaxşı əlamət olduğunu bildirərək deyib: Səudiyyə Ərəbistanının iranlı hacılarla rəftarı dini təlimlər və beynəlxalq qanunlara uyğun olarsa problemlərin həlli üçün daha əlverişli atmosfer yaranacaq.
İran İslam Respublikası prezidenti həmçinin iqtisadi problemlərə də toxunub: 11-ci hökumət öz fəaliyyətinə başlayanda qarşısında çox böyük problemlər dururdu, hansı ki həmin problemlər bu gün yoxdur və yaxud azalıb. Son 4 il ərzində hökumət və xalq infliyasiya, işsizlik və inkişaf göstəricisinin mənfi olması kimi problemlərlə üz-üzə olmuşdur.
İran prezidenti iqtisadi inkişaf üçün silahlı qüvvələrin yardımlarının zərurət daşıdığını bildirərək deyib: Sülh dövründə silahlı qüvvələrin imkanları hökumətin kənarında olmalıdır, müharibə baş verdikdə isə hökumət silahlı qüvvələrin yanında durmalıdır.