Avq 30, 2017 19:18 Asia/Baku
  • Qasimi: İraqın Kərkük vilayət şurasının qərarı qəbulolunmazdır
    Qasimi: İraqın Kərkük vilayət şurasının qərarı qəbulolunmazdır

İran İslam Respubliklası Xarici İşlər Nazirliyinin sözçüsü İraqın Kərkük vilayət şurasının İraq Kürdüstanına ilhaq olmaq barədə referendumun keçirilməsinə dair qərarı barədə deyib: Bu səhv qərar təhrikamiz və qəbulolunmazdır.

İraqın Kərkqk vilayət şurası dünən bu vilayətin də İraq Kürdüstanı bölgəsinin İraqdan ayrılması referendumuna qatılmasına müsbət səs verib.

İİR XİN sözçüsü Bəhran Qasimi deyib: İraqın Kərkük vilayət şurasının İraq dövləti, BMT və bir çox region və regiondan kənar ölkələr tərəfindən rədd edilmiş qərarı təhlükəli və təhrikamizdir və Bağdadda gedən son müzakirələrə kömək etməyəcək. 

Qasimi deyib: İraqın Kərkük vilayət şurasının hərəkəti İraqın terrorizmə qələbənin təsbit edilməsi istiqamətindəki gücü və potensiallarına da mənfi təsir edəcək. 

İranın XİN sözçüsü İraqın ərazi bütövlüyü və suverinliyinin pozulmasına dair xəbərdarlıq edərək deyib: İran bütün tərəflərin İraq konstitusiyasına sadiq qalmalarını və ixtilafları müzakirə yolu ilə və qanuni yollarla həll etmələrini istəyir. 

Qasimi həmçinin regionda və İraqın qonşu ölkələrinin sərhədlərində yeni böhranların yaranmasına səbəb olacaq hərhansı hərəkətin dozulməz olduğunu bildirib. 

İraqın Kürdüstan bölgəsinin bəzi partiyaları ötən iyun ayında bu bölgənin başçısı Məsud Barizaninin iştirakı ilə keçirilən iclasda cari miladi ili sentyabrın 25-də Kürdüstanın İraqdan ayrılmsı üzrə bu bölgədə referendumun keçirilməsinə qərar veriblər.

Teqlər