Okt 31, 2017 15:52 Asia/Baku
  • 7-ci Vilayət Səması Fədayiləri manevri
    7-ci Vilayət Səması Fədayiləri manevri

İran İslam Respublikası ordusu Hava Qüvvələrinin 7-ci Vilayət Səması Fədayiləri manevrinə İsfahanın ümumi məntəqəsində start verilib.

İran İslam Respublikası Hava Qüvvələrinin 7-ci “Vilayət Səması Fədayiləri” manevrinə start verilib. İsfahanda keçirilən bu manevrdə İranın müdafiə sənayesinin ən yeni məhsullarının sınaqdan keçirilməsi ilə  yanaşı Hava Qüvvələrinin düşmənin hava hücumlarının önlənilməsindəki bacarığı və hazırlığı nümayiş etdirilir. Manevr həzrət Əbülfəzl Abbasın adı ilə başlanıb.

İran İslam Respublikası ordusu Hava Qüvvələrinin komandan müavini general-mayor Nəsirzadə deyir: “Manevr öz-özlüyündə qüdrət nümayişidir. Milli iqtidar, təhlükəsizlik, sabitlik və davamlılıq.”

Generl-mayor Nəsirzadə həmçinin deyib: “Hədəflərimizi elektron müharibə çərçivəsində müəyyən və məhv edirik.”

Bu iki günlük manevrin əsas məqsədi gənc pilotların təcrübəli pilotların kənarında uçaraq təcrübə əldə etməsi və müdafiə sənayesinin  yeni məhsullarının sınaqdan keçirilməsidir.

General Mayor Nəsirzadə əlavə edib: “Bu manevrin xüsusiyyətlərindən biri onda kəşfiyyat və əməliyyat xarakterli PUA-lardan istifadənin edilməsidir. Bu manevrdə PUA-lardan atəş açmağı da sınaqdan keçirəcəyik.”

7-ci Vilayət Səması Fədayiləri manevrində müxtəlif növlü təyyarələrdən o cümlədən qırıcı, qırıcı-bombardmançı və bombardmançı təyyarələr habelə, kəşfiyyat təyyarələri, yanacaqdoldurma təyyarələri və yük təyyarələrindən istifadə edilir.  

 

Teqlər