Ayətullah Əraki islam ümməti ilə Amerika və İsrail arasında qarşıdurmanın başlanmasına təkid edib
-
Ayətullah Əraki islam ümməti ilə Amerika və İsrail arasında qarşıdurmanın başlanmasına təkid edib
İslami məzhəblərin yaxınlaşdırılması assambleyasının baş katibi deyib: Müsəlman xalqların Amerika və sionist rejimin dünya səviyyəsindəki məkirli planları və avanturaları ilə qarşılaşması başlanıblar.
Ayətullah Möhsün Əraki bu gün Beyrutda müqavimət alimlərinin ümumdünya birliyinin iclasının kənarında İRNA-nın müxbirinə verdiyi müsahibədə deyib: Amerika, sionist rejim və Səudiyyə Ərəbistanının region üzrə siyasətləri məğlubiyyətə uğrayıb və onların təcrid olmalarına gətirib çıxarıb.
Ayətullah Əraki Beyrut iclasında şiə və sünni alimlərin iştirakına toxunaraq deyib: Artıq təfriqə dövrü sona çatıb və Amerika və sionist rejimin siyasətləri qarşısında vəhdət dövrü başlanıb.
İslami məzhəblərin yaxınlaşdırılması assambleyasının baş katibi deyib: Bu gün Orta şərq regionunun bütün xalqları Amerika, İsrail və onların regiondakı müttəfiqlərinin çirkin niyyətlərini başa düşür və onların qarşısında müqavimət göstərirlər.
Müqavimət alimlərinin ümumdünya birliyinin 2-ci islası dünən və bu gün dünyanın müxtəlif ölkələrindən yüzlərlə alim və tanınmış simaların iştirakı ilə Beyrutda keçirilib.
İştirakçılar Fələstin mövzusunun, islam dünyası və regionun birinci məsələsi olmasına və sionist rejim ilə qarşılaşmanın yeqanə yolunun müqavimət olmasına təkid ediblər.
Beyrut iclasında islam inqilabının böyük rəhbərinin müraciəti Ayətullah Əraki tərəfindən oxunub.