NATO ƏMTP-yə dəstək verib
Dek 05, 2017 12:26 Asia/Baku
Şimali Atlantika Müqaviləsi Təşkilatının(NATO) baş katibi bu təşkilatın 5+1 ölkələri ilə İran İslam Respublikası arasındakı nüvə sazişini himayə etdiyini vurğulayıb.
Fars xəbər agentiyinin verdiyi məlumata görə, NATO-nun baş katibi Yens Stoltenberq Əhatəli Müştərək Təşəbbüs Proqramının tam icrasına çağırıb.
Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru Federika Moqerini də ƏMTP-nin beynəlxalq ictimaiyyətə aid olduğunu bildirərək vurğulamışdı ki, İranla nüvə razılaşması sadəcə bir ölkəyə deyil bütün beynəlxalq ictimaiyyətə aid olan effektli razılaşmadır.