İran region ölkələri ilə təhlükəsizlik danışıqları aparmağa hazırdır
https://azeri.sahartv.ir/news/İran-i291617-İran_region_ölkələri_ilə_təhlükəsizlik_danışıqları_aparmağa_hazırdır
İran İslam Respublikası Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri Tehranın stabillik və təhlükəsizliyin möhkəmləndirilməsi üçün region ölkələri ilə danışıqlıqlara hazır olduğunu deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 08, 2018 13:03 Asia/Baku
  • Kamal Xərrazi
    Kamal Xərrazi

İran İslam Respublikası Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri Tehranın stabillik və təhlükəsizliyin möhkəmləndirilməsi üçün region ölkələri ilə danışıqlıqlara hazır olduğunu deyib.

İran İslam Respublikası Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri  Seyid Kamal Xərrazi bu gün Tehranda keçirilən təhlükəsizlik konfransında deyib: Region və regiondan kənar dövlətlərin Suriya, İraq, Bəhreyn və Yəmən kimi region ölkələrinin daxili işlərinə müdaxilələri xoşagəlməz şərait yaradıb. 

Xərrazi Asiyanın qərbi regionundakı böhranların danışıq yolu ilə həllinə təkid edərək deyib: İran İslam Respublikasının siyasəti, rəsmi ölkələr və siyasi sistemlərə dəstək vermək və ölkələrin parçalanmasına mane olmaqdan ibarətdir.