Koalisiyanın 2 gəmisinə xəbərdarlıq şücaətli addım idi
İran İslam Respublikası ordusu baş komandanının müşaviri ordunun Məhəmməd Rəsulullah (s.ə.s) hərbi təlimlərinin ilk günündə koalisiyanın iki gəmisinə xəbərdarlığını iqtidara görə şücaətli addım adlandırıb.
General-leytenant Məhəmməd Həsən Nami deyib: Belə səviyyədə və miqyasda hərbi təlimlər keçirilməzdən öncə başqa ölkələrin gəmilərinin manevrin keçirildiyi əraziyə daxil olmaq haqqı yoxdur. Buna görə, İran İslam Respublikası ordusunun hərbi təlimlərin ilk günündə koalisiya qüvvələrinin 2 gəmisinə xəbərdarlığı şücaətli addım idi.
İran ordusunun Məhəmməd Rəsulullah (s.ə.s) hərbi təlimləri ötən bazar ertəsi günü İranın cənub, cənub-şərqində başlandı və çərşənbə günü 24 yanvarda dəniz paradı ilə sona çatdı. Bu hərbi təlimlərdə İran İslam Respublikası ordusunun dəniz, quru və hərbi hava qoşunları iştirak edirdi.