Zərif İran və Hindistanın bir neçə əsrlik dostluğunun möhkəmliyini vurğulayıb
https://azeri.sahartv.ir/news/İran-i295935-zərif_İran_və_hindistanın_bir_neçə_əsrlik_dostluğunun_möhkəmliyini_vurğulayıb
İranın xarici işlər naziri İran İslam Respublikası ilə Hindistan arasında on beş memorandumun imzalanmasına işarə edərək, iki ölkənin bir neçə əsrlik dostluğunun möhkəmliyini vurğulayıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Fev 17, 2018 16:24 Asia/Baku
  • Zərif İran və Hindistanın bir neçə əsrlik dostluğunun möhkəmliyini vurğulayıb
    Zərif İran və Hindistanın bir neçə əsrlik dostluğunun möhkəmliyini vurğulayıb

İranın xarici işlər naziri İran İslam Respublikası ilə Hindistan arasında on beş memorandumun imzalanmasına işarə edərək, iki ölkənin bir neçə əsrlik dostluğunun möhkəmliyini vurğulayıb.

İran İslam Respublikası və Hindistan müştərək münasibətlər səviyyəsini dərinləşdirmək üçün on beş sənəd və memorandum imzalayıblar.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə yanaşı Hindistana səfər etmiş İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif özünün twitter-dəki şəxsi səhifəsində yazıb: Ruhaninin Hindistana rəsmi səfəri ticarət və həmkarlıq sahəsində bir çox razılaşma ilə nəticələndi və iki ölkə arasında bir neçə əsr sürən dostluğu möhkəmlətdi.

İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Hindistana üçgünlük rəsmi səfəri cümə axşamı günü onun bu ölkənin cənubundakı Heydərabad şəhərinə daxil olması ilə başlanıbdır.

İran İslam Respublikasının prezidenti bu gün səhər öz səfərinin ikinci etapının başlanğıcında Yeni-Dehlidə bu ölkənin prezident sarayında Hindistanın prezidenti və baş naziri tərəfindən rəsmi surətdə qarşılanıbdır.