Fev 26, 2018 18:59 Asia/Baku
  • Zərif Belqrada daxil olub
    Zərif Belqrada daxil olub

İran İslam Respublikasının xarici işlər naziri Serbiya başçıları ilə görüş və məşvərət məqsədi ilə siyasi və iqtisadi bir heyətlə yanaşı, Belqradın "Nikola Tesla" hava limanına daxil olub və İranın Serbiyadakı səfiri və həmin ölkənin rəsmiləri tərəfindən qarşılanıb.

Məhəmməd Cavad Zərif Serbiya rəsmilərilə ilk rəsmi görüşündə bu gün Serbiyanın xarici işlər naziri İvitsa Daçiç, sonra da bu ölkənin prezidenti Aleksandr Vuçiç ilə görüşməlidir.

Zərif sabah da Serbiyanın baş naziri Ana Brnabiç və bu ölkənin parlament sədri Maya Qockoviç, eləcə də həmin ölkənin ticarət, turizm və rabitə naziri Rasim Lyayiç ilə görüşəcəkdir.

Dövlət və özəl sektorların nümayəndələri və iş adamları ilə yığıncaqda iştirak İran İslam Respublikasının xarici işlər nazirinin Serbiya səfərinin digər proqramlarındandır.

Zərif çərşənbə axşamı günü Serbiyadan Bolqarıstana yola düşəcək.

İranın xarici işlər naziri siyasi və iqtisadi bir heyətlə bu gün Serbiya, Bolqarıstan, Xorvatiya və Bosniya və Herseqovinaya dövri səfərə çıxıbdır. 

Teqlər