Zərif: İran regionun ən təhlükəsiz ölkəsidir
İran İslam Respublikası xarici işlər naziri bazar ertəsi günü Serbiyada yaşayan iranlılarla görüşdə deyib: İran Yaxın Şərqin ən təhlükəsiz ölkəsidir.
İRNA-nın məlumatına görə, İran xalqının istiqlaliyyətsevərlik və başıucalıq simvolu olduğunu qeyd edən Zərif İran xalqının təhlükəsizlik və qüdrəti İran İslam Respublikası üçün töhfə gətirdiyini bildirib.
İran İslam Respublikası xarici işlər naziri əlavə edib: İnancından asılı olmayaraq iranlıların ürəyi İran üçün döyünür.
Məhəmməd Cavad Zərif ABŞ-ın ən güclü sanksiyalarının İran xalqını diz çökdürə bilmədiyini bildirərək xatırladıb: ABŞ heç vaxt İran xalqı və İslam Respublikası quruluşu arasında ayrılıq sala bilməz.
İran xarici işlər naziri ABŞ prezidenti Donald Trampın İranla 5+1 qrupu arasında nüvə anlaşması qarşılığındakı düşmənçilik mövqeyinə də toxunub və deyib: İlk prioriteti nüvə anlaşmasını cırmaq olan və onu ABŞ tarixinin ən pis analşması adlandıran şəxs, bir il iki aydır ki, bu işi edə bilməyib və hansı bədəli ödəməli olduğunu bilir.