Qasimi: İranın Bonndakı səfirliyinin sabiq binası fürsətdən sui-istifadə edənlərdən təmizlənib
https://azeri.sahartv.ir/news/İran-i298923-qasimi_İranın_bonndakı_səfirliyinin_sabiq_binası_fürsətdən_sui_istifadə_edənlərdən_təmizlənib
İran Xarici İşlər Nazirliyinin sözçüsü İslam Respublikasının Almaniyanın Bonn şəhərindəki sabiq səfirliyi binasının fürsətdən sui-istifadə edən şəxslərdən təmizləndiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 17, 2018 13:08 Asia/Baku
  • Qasimi: İranın Bonndakı səfirliyinin sabiq binası fürsətdən sui-istifadə edənlərdən təmizlənib
    Qasimi: İranın Bonndakı səfirliyinin sabiq binası fürsətdən sui-istifadə edənlərdən təmizlənib

İran Xarici İşlər Nazirliyinin sözçüsü İslam Respublikasının Almaniyanın Bonn şəhərindəki sabiq səfirliyi binasının fürsətdən sui-istifadə edən şəxslərdən təmizləndiyini bildirib.

İran XİN sözçüsü Bəhram Qasimi deyib: Həyata keçirilən tədbirlər və Almaniya polisinin əməkdaşlığı ilə son günlərdə qeyri-qanuni şəkildə İranın Bonn şəhərindəki sabiq səfirliyinin binasında yerləşmiş şəxslər çıxarılmış və bu bina İran İslam Respublikasının Frankfurtdakı baş konsulluğuna təhvil verilmişdir. 

İran XİN sözçüsünün dediyinə görə, fürsətdən sui-istifadə edən dörd nəfər İranın sabiq binasının son illərdə boş olmasından istifadə edərək bir neçə gün icazə olmadan qeyri-qanuni şəkildə orada yerləşmişdi.