Apr 23, 2018 08:53 Asia/Baku
  • Zərif: ABŞ-ın anlaşmadan çıxdığı halda, əsas seçim nüvə fəaliyyətlərinin canlandırılmasıdır
    Zərif: ABŞ-ın anlaşmadan çıxdığı halda, əsas seçim nüvə fəaliyyətlərinin canlandırılmasıdır

İran İslam Respublikası xarici işlər naziri bazar günü ABŞ-ın xəbər portalı olan Al-Monito9rla müsahibədə bildirib: ABŞ-ın nüvə anlaşmasından çıxdığı halda, İranın ən ciddi seçimi sülhməramı nüvə proqramını daha modern şəkildə yenidən başlamaqdır.

Fars Xəbər Agentliyinin məlumatına görə, Məhəmməd Cavad Zərif Birləşmiş Ştatlar hökumətinin nüvə anlaşması qarşısındakı öhdəlilkəri yerinə yetirmədiyini bildirib: İran həmişə milli mənafeyinə əsasən qərar verir. 

Amerika Birləşmiş Ştatlarının ötən 15 ay ərzində İranın nüvə anlaşmasının iqtisadi mənafeyindən faydalanmasının qarşısını almağa çalışdığını bildirən İran xarici işlər nazirinin sözlərinə görə, Amerikanın bu anlaşmanı tərk etməsi İran iqtisadiyyatına o qədər də təsir göstərməyəcək. 

Zərif Almaniya və Fransanın ABŞ-ı nüvə anlaşmasında qalmağa qane etmək məqsədilə İrana təzyiqləri artırmaqla bağlı səyləri haqda da deyib: Bu yanlış siyasətdir. Bu ölkələr öz və Avropanın mənafeyini düşünürsə, Amerika prezidenti Donald Trampı nüvə anlaşmasında qalmaqdan əlavə, Vaşinqtonu öhdəliklərini düzgün və xoşməramlılıqla icra etməyə qane etməlidir.

Teqlər