Apr 25, 2018 00:35 Asia/Baku
  • Zərif Norveç və Almaniyanın XİN başçıları ilə görüşüb

İran İslam Respublikasının xarici işlər naziri çərşənbə axşamı BMT-nin davamlı sülh iclasının kənarında Norveç və Almaniyanın XİN rəhbərləri ilə görüşüb.

Məhəmməd Cavad Zərif və İne Eriksen Soraid ƏMTP barədə və Avropa və Amerikanın bu sazişə sadiq qalmalarının vacibliyini, Avropanın bu sazişə dəstək verməli olduğunu müzakirə ediblər. 

İki tərəf bütün ölkələrin regional böhranlar xüsusiylə Suriya və Yəmən böhranlarının siyasi həlli üçün əməkdaşlıq etmələrini vurğulayıblar. 

Görüşdə qarşılıqlı əlaqələr, iqtisadi əməkdaşlıqlar və investisiya mövzuları da müzakirə edilib. 

Həmçinin İranın xarici işlər naziri Almaniyanın XİN rəhbəri Hayko  Mas ilə də görüşüb, müzakirə aparıb. 

Teqlər