Almaniyanın iqtisadiyyat naziri: 120 Alman şirkət İrandakı fəaliyyətini davam etdirir
https://azeri.sahartv.ir/news/İran-i307864-almaniyanın_iqtisadiyyat_naziri_120_alman_şirkət_İrandakı_fəaliyyətini_davam_etdirir
Almaniyanın iqtisadiyyat və enerji naziri İranın energetika naziri ilə görüşdə deyib: 120 Alman şirkəti İrandakı fəaliyyətini davam etdirir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 17, 2018 16:15 Asia/Baku
  • Almaniyanın  iqtisadiyyat naziri: 120 Alman şirkət İrandakı fəaliyyətini davam etdirir

Almaniyanın iqtisadiyyat və enerji naziri İranın energetika naziri ilə görüşdə deyib: 120 Alman şirkəti İrandakı fəaliyyətini davam etdirir.

İRNA-nın məlumatına görə, Almaniyanın iqtisadiyyat və enerji naziri Piter Altmayer deyib: İki ölkə gələcək müzakirələrdə Almaniya və İran arasındakı əməkdaşlıqların davam etdirilməsi yollarını araşdıracaqlar.

İranın energetika naziri Rza Ərdəkanyan də bu görüşdə deyib: İran və Almaniya  birgə iqtisadi əməkdaşlıqlar komissiyası iclasının cari ildə keçirilməsi barədə razılığa gəliblər. Və alınan qərarlara əsasən birgə iqtisadi əməkdaşlıq komissiyası iclasının dəqiq tarixi gələn  həftələr ərzində koordinasiya edilərək, dəqiqləşdiriləcək.

Rza Ərdəkanyan Almaniyanın iqtisadiyyat və enerji nazirinin dəvəti ilə Berlinə səfər edib.