Salehi: Nətənz elektrik obyektləri bir neçə yüz min su üçün hazırlanıb
İranın Atom Enerjisi Təşkilatının sədri 190 min su istehsalına çatmaq çünü lazımi hazırlıqların sürətlə həyata keçirilməsinə dair İslam İnqilabının Böyük Rəhbərinin sözlərinə toxunaraq deyib: İranın mərkəzində Nətənz elektrik obyektləri bir neçə min su və zavodun digər istehsalatı üçün fəaliyyətə hazırdır.
Əli Əkbər Salehi çərşənbə axşamı günü jurnalistlərə verdiyi açıqlamada İranın nüvə fəaliyyətlərinin inkişafı üçün lazımi hazırlıqlara toxunaraq deyib: İran nüvə sənayesinin inkişafı üçün müxtəlif potensialları yaradıb.
İranın müxtəlif ssenarilər üçün özünü hazırladığını deyən Salehi əlavə edib: İranın Atom Enerjisi Təşkilatı öncəki təcrübələri nəzərə alaraq həmişə bu məsələni diqqət mərkəzində saxlayırdı ki, müzakirələr nəticəyə çatmazsa, nəticəyə çatdığı halda qarşı tərəf öhdəliyi yerinə yetirməzsə, zamanı itirməmək üçün tam şəkildə addım atmalı idi.
İranın Atom Enerjisi Təşkilatının sədri Nətənzin Qarışdırma Obyektinin 2018-ci il 9 apreldə təqdimatının keçirildiyinə toxunaraq deyib: Bu infrasruktur modern sentrifuqaların istehsalı üçündür. Onun obyektlərinə şərait yaradılmalıdır. İnfrastrukturda yeni sentrifuqaların montaj edilməsi üçün ölçü, nəzarət və məkan avadanlıqları quraşdırılıb.
Salehi bildirib: Modern sentrifuqaların yeni mərkəzi də maksimum gələn aylarda yekunlaşacaq.