Yan 13, 2019 20:33 Asia/Baku
  • İran alimlərinin yeni uğuru
    İran alimlərinin yeni uğuru

İran Atom Enerjisi Təşkilatının sədri İranın nüvə alimlərinin 20 faizlik modern yanacağın yaradılması üzrə uğurlarından xəbər verib.

İran Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi IRIB ilə müsahibədə bildirib ki, İran nüvə elminə tam şəkildə yiyələnibdir. O, deyib: İran İslam Respublikası nüvə elmi və sənayesində o qədər inkişaf edibdir ki, əks-mühəndislik və başqalarının layihələrindən istifadə yerinə, yeni yanacaq düzəldir və bu da böyük bir nailiyyətdir.

İran Atom Enerjisi Təşkilatının sədri əlavə edib: İndiyədək köhnə yanacaqla işləyən Tehran nüvə reaktoru modern yanacaqlara uyğun olan və iranlı mütəxəssislərin düzətdikləri yeni 20 faizlik yanacaqla işə başlayıbdır ki, bu da reaktorun məhsuldarlığının artmasına da səbəb olubdur.

Teqlər