Qasemi "Mahan Air"in Almaniyaya uçuşları lisenziyasının ləğvinə reaksiya verib
İran Xarici İşlər Nazirliyinin sözçüsü İranın "Mahan Air" hava yolları şirkətinin Almaniyaya uçuşları lisenziyasının ləğv edilməsini tələsik, əsaslandırılmaz və iki ölkə əlaqələrinə hakim kəsilmiş ruha zidd bir addım adlandırıb.
Bəhram Qasemi deyib: Almaniya tərəfinin bu addımı dəlilsiz bir hərəkət olaraq, İran-Almaniya əlaqələri gedişindən narazı olan bəzi tərəflər vasitəsilə qeyri-düzgün informasiyaların təlqin edilməsindən mənşə alır.
Qasemi ümidvarlıq edibdir ki, Almaniya dövləti həqiqətləri araşdırıb, informasiyalara yenidən nəzər salmaqla bu addımı bir daha nəzərdən keçirəcəkdir.
Röyters Almaniya dövlətindəki yüksək vəzifəli bir mənbəyə istinadla xəbər veribdir ki, bu ölkə ABŞ-ın təzyiqi altında Mahan təyyarələrinin uçuşları lisenziyasını ləğv edibdir.