Yan 23, 2019 10:53 Asia/Baku
  • Salehi: İran nüvə fəaliyyətlərini tam qüdrətlə davam etdirir
    Salehi: İran nüvə fəaliyyətlərini tam qüdrətlə davam etdirir

İranın Atom Enerjisi Təşkilatının sədri deyib: İran İslam Respublikası uran mədənlərinin aşkar edilməsi, istismarı, saflaşdırılması, atom elektrik stansiyaları və yeni sentrifuqaların quraşdırılması üzrə nüvə fəaliyyətlərini tam formada davam etdiri.

Əli Əkbər Salehi çərşənbə axşamı İranın dördüncü telekanalına verdiyi müsahibədə deyib: Nüvə anlaşmasının texniki cəhəti, İranın bu anlaşmanı pozmadan öz nüvə fəaliyyətlərini davam etdirməsinə imkan verəcək formaya malikdir. 

Salehi İnqilab Rəhbərinin nüvə fəaliyyətlərinin nüvə anlaşması ilə dayandırılmasına icazə vermədiklərini deyərək, əlavə edib: İslam İnqilabının Böyük Rəhbərinin uranın 190 su miqdarında zənginləşdirilməsinə dair göstərişlərinin ardınca bu sahədə yaxşı irəliləyişlər əldə olunub. 

İranın Atom Enerjisi Təşkilatının sədri əlavə edib: Təqribən 10 gün sonra 30 ton sarı uran tortası Ərdəkandan İsfahana köçürüləcək.

Salshi həmçinin, ABŞ-ın nüvə anlaşmasından çıxmasına işarə edərək, deyib: ABŞ zorakılıq məntiqi ilə ölkələri təhdid edir. Amma, Vaşinqton bu məsələdə dünyanı öz ətrafında birləşdirə bilməyib. 

İran İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xamenei 4 iyun 2018-ci il tarixində İran İslam Respublikasının dahi memarı və təsisçisi İmam Xomeyni(rə)-in vəfatının 29-cu ildönümü mərasimində İranın Atom Enerjisi Təşkilatının rəhbərliyinə nüvə anlaşması çərçivəsində uranın 190 su zənginləşdirilməsi üçün lazımi işlərin görülməsinə dair göstəriş verdilər. 

Teqlər