Salehi: İran nüvə sahəsində region ölkələrilə həmkarlığa hazırdır
-
Salehi: İran nüvə sahəsində region ölkələrilə həmkarlığa hazırdır
İranın Atom Enerjisi Təşkilatının sədri İran İslam Respublikasının nüvə sənayesi sahəsində region ölkələrilə həmkarlığa hazır olmasından xəbər verib.
Əli Əkbər Salehi IRNA ilə müsahibədə bildirib ki, İran dəfələrlə nüvə sənayesi sahəsində region ölkələrilə anlaşmaya hazır olduğunu elan edibdir.
O, deyib: İran atom elektrik stansiyaları işə salmış ərəb ölkələri ilə bu sahədə həmkarlıq etməyə hazırdır.
Salehi region ölkələrinə atom elektrik stansiyalarının təhlükəsizliyi sahəsində texniki komitənin təşkili təklifini verərək, əlavə edib: Bu komitə İranın və digər ölkələrin nüvə sahəsi üzrə texniki mütəxəssislərindən təşkil olunacaqdır ki, atom elektrik stansiyalarının təhlükəsizliyi barəsində bir-biriləri ilə fikir mübadiləsi aparmış olsunlar.
İranın Atom Enerjisi Təşkilatının sədri həmçinin İran ilə Avropa arasındakı SPV adlı maliyyə mexanizminə toxunaraq deyib ki, avropalılar gec olmazdan öncə öz sözlərinə əməl etməlidirlər.