Mart 03, 2019 13:28 Asia/Baku
  • Xaş terror hadisəsi amillərindən intiqamın alınacağı vurğulanıb
    Xaş terror hadisəsi amillərindən intiqamın alınacağı vurğulanıb

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi deyib ki, Xaş-Zahidan şosesində törədilmiş terror hadisəsi amillərindən intiqamın alınması gündəmdə durur.

Fevralın 13-ü günü gecə İranın cənub-şərqində yerləşən Xaş-Zahidan şose yolunda İran İslam Respublikası sərhədçilərini daşıyan bir avtobus terror hücumuna məruz qaldı. Nəticədə 27 sərhədçi şəhid oldu, 13 nəfər də yaralandı. “Ceyşulzulm” terror qruplaşması bu cinayətin məsuliyyətini öz üzərinə götürdü.

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi admiral Əli Şəmxani bu gün "İranın şifahi tarixi" adlı ikinci milli konfransın kənarında müxbirləri suallarını cavablandırıb. O, İran Milli Təhlükəsizlik Ali Şurasının Xaş-Zahidan şosesində törədilmiş terror hadisəsi amillərindən intiqamın alınması ilə bağlı iclaslarının nəticəsi barədəki sualın cavabında deyib: Pakistan dövləti əks-inqilabçıların daxil olmalarının qarşısının alınması istiqamətində öz sərhədlərinin təhlükəsizliyini təmin etmək barədə üzərinə öhdəlik götürüb.

Şəmxani İran İslam Respublikasının Suriyadakı hərbi məsləhətçiliyi barədə isə deyib ki, İranın Suriyada iştirakı bu ölkə dövlətinin istəyinə əsaslanır.

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi İranın raket qüdrətinə də toxunub: Tehran raketin gücləndirilməsinin dörd mehvəri olan sürətlə hazırlama, diqqət, dağıdıcılıq qüdrəti və mənzil ilə bağlı, heç bir kəslə müşavirə aparmayacaq və heç bir ölkədən də icazə almayacaqdır.

Teqlər