Laricani: İran terrorizmi regiondan silmək üçün əlindən gələni edəcək
İran İslam Şurası Məclisinin sədri regionun terrorizmdən və terror qruplarından təmizlənməsi vacibliyini vurğulayaraq, deyib ki, İran terrorizmi regiondan silmək üçün əlindən gələni edəcək.
Əli Laricani Ümumdünya Parlamentlərarası Birliyin Dohada keçirilən 140-cı iclasının kənarında Almaniya parlamentinin sədr müavini Klaudiya Rot ilə görüşdə əlavə edib: İnsan haqlarını müdafiə iddiasında olan ölkələr terrorçuları maliyyə cəhətdən təmin etməməlidirlər.
Laricani həmçinin Amerikanın digər ölkələrin İranda seldənzərərçəkənlərə humanitar yardımları qarşısında problem yaratmasından təəssüf ifadə edərək, deyib: Təəssüflə, Amerika Qızıl Xaç Komitəsinin İranda seldənzərərçəkənlərə yardımlarının qarşısını aldı və bu addım insan haqlarını müdafiə iddiasında olan bir ölkə tərəfindən atıldı.