May 01, 2019 17:02 Asia/Baku
  • Ruhani: Amerikalılar İranın neft satışına mane ola bilməzlər
    Ruhani: Amerikalılar İranın neft satışına mane ola bilməzlər

İran İslam Respublikası prezidenti ABŞ-ın İrandan neft alan ölkələr üçün güzəştin müddətini uzatmamasına işarə edərək, dedi: Amerikalılar İran neftinin satışına mane ola bilməzlər. Və İran İslam respublikası öz neftini satacaq.

Həsən Ruhani çərşənbə günü ölkənin qərbində, Kermanşah vilayətində bir neçə su, elektrik və abadlıq layihəsinin istifadəyə verilməsi mərasimində dedi: İran heç kim ilə düşmən deyil. Amma, heç bir fitnə qarşısında da sakit qalmayacaq.

İran prezidenti iran xalqının gücü və fədakarlığının amerikalıların təsəvvüründən daha çox olduğunu deyərək, əlavə etdi: İranın düşmənçiliklər və fitnəkarlıqlara cavabı müqavimət olacaq.

Həsən Ruhani həmçinin, İran və qonşu ölkələr arasındakı əlaqələrin çox yaxşı səviyyədə olduğunu deyərək, əlavə etdi: İranlılar düşmənlərini peşman və məntiqli olmağa məcbur edəcəklər.

Teqlər