May 11, 2019 12:20 Asia/Baku
  • Xərrazi: Avropanın öhdəliklərinin icrasını sürətləndirməsi nüvə anlaşmasını xilas edəcək
    Xərrazi: Avropanın öhdəliklərinin icrasını sürətləndirməsi nüvə anlaşmasını xilas edəcək

İranın Xarici Əlaqələr Strateji Şurasının sədri dedi: Avropa İran ilə maliyyə mexanizmi İNSTEX-in icrasını tezləşdirməklə, keçmişdəki səhlənkarlığının əvəzini çıxa və nüvə anlaşmasını qoruya bilər.

İRNA-nın məlumatına görə, Kamal Xərrazi Sülh Naminə Rəhbərlər Forumunda iştirak etmək üçün Parisə olan səfəri zamanı, cümə günü Fransa Milli Məclisinin Xarici Əlaqələr Komissiyasının sədri Maril Du Sarnez ilə görüşdə İranın nüvə anlaşması qarşısındakı bəzi öhdəliklərin icrasını durdurması  qərarına və öz öhdəliklərini yerinə yetirmələri üçün anlaşmaya üzv digər ölkələr üçün 60 günlük fürsət verməsinə işarə edərək, dedi: Avropa nüvə anlaşmasını qorumaq üçün keçmişdəki passivliyinin əvəzini çıxmalıdır. 

Xərrazi həmçinin dedi: İran xalqı nüvə anlaşması qarşısındakı öhdəliklərini əməl etmədiyi və ABŞ prezidenti Donald Trampın İrana qarşı sanksiya siyasətinə boyun əydiyi üçün Avropaya bədbindir. İranİslam Respublikası tam sədaqətlə müzakirə etdi və nəticəsi Təhlükəsizlik Şurasının da təsdiq etdiyi nüvə anlaşması oldu. Amma, İranın nüvə anlaşmasına tam formada əməl etməsinə rəğmən, Avropa sadəcə siyasi mövqe sərgiləməklə kifayətləndi və praktiki olaraq öhdəliklərinin icrası istiqamətində heç bir addım atmadı. 

Du Sarnez də bu görüşdə İranın nüvə anlaşmasından çıxması ehtimalından nigaranlıq edərək, ABŞ-ın Avropaya olan təzyiqlərini qınadı və nüvə anlaşmasının praktiki olaraq işə yaramadığını etiraf etdi. 

Fransa Milli Məclisinin Xarici Əlaqələr Komissiyasının sədri həmçinin dedi: Avropa və Fransa nüvə anlaşmasını qorumaq üçün siyasi iradəyə və xoşməramlılığa malikdir və bu anlaşma çərçivəsində İran ilə əməkdaşlıqların qorunmasına səy göstərilir. 

Teqlər