Kəmalvəndi: İranın 3.67%-lik uran istehsalı həcmi 4 dəfə artıb
https://azeri.sahartv.ir/news/İran-i340808-kəmalvəndi_İranın_3.67_lik_uran_istehsalı_həcmi_4_dəfə_artıb
İran İslam Respublikasının Atom Enerjisi Təşkilatının sözçüsü İranın 3.67%-lik uran istehsalı həcminin 4 dəfə artdığını bildirərək, dedi: Tezliklə İranın 3.67% zənginləşdirilmiş uran ehtiyatı 300 kiloqrama çatacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 21, 2019 09:00 Asia/Baku
  • Kəmalvəndi: İranın 3.67%-lik uran istehsalı həcmi 4 dəfə artıb
    Kəmalvəndi: İranın 3.67%-lik uran istehsalı həcmi 4 dəfə artıb

İran İslam Respublikasının Atom Enerjisi Təşkilatının sözçüsü İranın 3.67%-lik uran istehsalı həcminin 4 dəfə artdığını bildirərək, dedi: Tezliklə İranın 3.67% zənginləşdirilmiş uran ehtiyatı 300 kiloqrama çatacaq.

İRİB-nin bildirdiyinə görə, Behruz Kəmalvəndi jurnalistlər qarşısında verdiyi açıqlamada dedi: Uran istehsalının 4 dəfə artmasından aydın olur ki, İran İslam Respublikası ixtiyarında olan sentrifuqalar hesabına istehsal həcmini artırmağa qadirdir.

Kəmalvəndi İran İslam Respublikasının elmi baxımdan da nüvə anlaşmasından faydalanmalı olduğuna işarə edərək, dedi: Əgər avropalılar İranın uran istehsalını hazırkı səviyyədə saxlamasını istəyirsə, nüvə anlaşması qarşısındakı öhdəliklərinə əməl etməlidir.

Kəmalvəndi İranın nüvə fəaliyyətlərinin yoxlanılması sahəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə ən çox əməkdaşlığa malik olduğunu xatırladaraq. dedi: İran dinc nüvə fəaliyyətlərindən kənar məqsədlərə mal ik deyil. Və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 14 hesabatı bu məsələni təsdiq edir.

Behruz Kəmalvəndi İranın hazırda əlavə protokolun icrasını dayandırmaq üzrə hansısa proqrama malik olmadığını amma. növbəti mərhələdə gündəmə daxil edilməsinin mümkün olduğunu söyləyərək. əlavə edib: Əgər, hər hansı səbəbə görə əlavə protokolun icrası durdurularsa, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bu barədə məlumatlandırılacaq.