Ruhani: İran xalqı düşmənləri peşman edəcək
İran İslam Respublikası prezidenti: İran xalqı iqtisadiyyat müharibəsində düşmənlərini yenidən məğlub edəcək.
İran İslam Respublikası prezidenti Həsən Ruhani Tehranda keçirilən 12-ci fədakarların mükafatlandırılması konqresində dedi: İran xalqı düşmənlər qarşısında izzətlə dayanıb.
İran prezidenti daha sonra dedi: Düşmənlər təzyiq göstərərək, İran xalqını izzət və müstəqillikdən vaz keçməyə məcbur etmək istəyirlər. Amma, xalq sübut edəcək ki, onların fitnələri nəticəsidir və düşmənlər bir daha peşman olacaqlar.
Ruhani iqtisadi sanksiyaların bir ildən çoxdur ki, davam etdiyinə və İran xalqının çətinliklər qarşısında boyun əymədiyinə, zorakılıqlar qarşısında müqavimət göstərdiyinə işarə edərək, dedi: İrandan zillət və təslimçilik səsi yüksəlməyəcək. Fədakarlıq və birlik yolu ilə düşmən üzərində qələbə çalacağıq.
Həsən Ruhani daha sonra dedi: BU gün fədakarlıq və müqavimət günüdür və İran xaıq tam aydın formada bəyan edir ki, birlik və müqavimət ilə ABŞ, İsrail rejimi və regionun irticaçı rejimləri qarşısında dayanmaq, onları məğlub etmək olar.
İran prezidenti Xörrəmşəhri müqəddəs müdafiə dövrünün böyük simovollarından adlandırdı və dedi: Xörrəmşəhr fəth edilən zaman 19 min iraqşı hərbçi əsir alındı.
3 xordad (24 may) İranın Xuzestan vilayətində yerləşən Xörrəmşəhrin 1982-ci ildə azad edilməsinin ildönümü gnüdür. Xörrəmşəhr 578 gün düşmənin işğalı altında qalmışdı.