Zərif: ABŞ-ın sanksiyaları beynəlxalq sabitliyi pozur
İran İslam Respublikasının xarici işlər naziri ABŞ-ın sanksiyalarının beynəlxalq sabitliyi hədəfə aldığını dedi.
Məhəmməd Cavad Zərif cümə axşamı Pakistanın paytaxtı İslamabada daxil olduqdan sonra jurnalistlər qarşısında verdiyi açıqlamada regionun hazırkı çətin durumu ilə bağlı qonşu ölkələr ilə məsləhətləşmələri zəruri adlandırdı və dedi: Əgər ABŞ-ın sanksiyaları ilə mübarizə aparılmazsa, dünya ictimaiyyəti böhrana düçar olacaq.
İranın xarici işlər naziri ABŞ-ın İran və Çinə qarşı birtərəfli sanksiyalarını "quldurluq" adlandırdı və dedi: Əgər dünya ictimaiyyəti bu vəziyyətin davam etməsiə icazə verərəsə, beynəlxalq münasibətlər qanunsuz incanların əlinə düşmüş olacaq.
Zərif dedi: Elə buna görə də İranın qonşuları və ümumiyyətlə ölkələr beynəlxalq sülhü və sabitliyi qorumaq üçün ABŞ-ın sanksiyaları ilə mübarizə aparmalıdırlar.
İranın xarici işlər naziri həmçinin dedi: Region çətini günləri təcrübə edir və təhlükəli hadisələr formalaşmaqdadır. BUna görə də qonşu ölkələr ilə məsləhətləşmək lazımdır.
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Asiya ölkələri ilə məsləhətləşmələrin davamında dünən axşam Pakistana səfər edib
İranın xarici işlər naziri bu gün Pakistanın yüksək səviyyəli rəsmiləri ilə görüşüb ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə etməlidir.