Ruhani Hindistanın baş nazirini təbrik etdi
İran İslam Respublikası prezidenti Hinsitanın Bharatya Canata Partiyasının parlament seçkilərində qələbə çalması münasibətilə bu ölkənin baş nazirini təbrik etdi.
İran İslam Respublikası prezidenti Həsən Ruhani cümə günü Hindistanın baş naziri Narendra Mudi və Bharatya Canata Partiyasını Hindistanda keçirilən parlament seçkilərində qələbə çalması münasibətilə təbrik edərək, dedi: Əminəm ki, Tehan - Yeni Dehli əlaqələri bundan sonra daha da genişlənəcək.
Hindistanın Bharatya Canata Partiyası parlamentin 542 yerindən 343-nü əldə edərək, qələbə çalıb.
Hindistanda keçirilən seçkilərdə 900 milyon nəfər səsvermə haqqına malik olub.
Hindistanda parlament seçkiləri 7 mərhələdən ibarətdir və 6 həftə davam edir.
Hindistan qanunlarına əsasən hökumət parlamentin ən azı 272 yerinə malik olan partiya tərəfindən təşkil olunur.