May 30, 2019 10:04 Asia/Baku
  • Zərif: İran Yaponiya ilə müxtəlif məsələləri müzakirə etməyə hazırdır
    Zərif: İran Yaponiya ilə müxtəlif məsələləri müzakirə etməyə hazırdır

İran İslam Respublikasının xarici işlər naziri İranın Yaponiya ilə müxtəlif məsələləri o cümlədən ikitərəfli əlaqələr və regional məsələləri müzakirə etməyə hazır olduğunu dedi.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə günü Əl-Aləm kanalına verdiyi müsahibədə Yaponiyanın baş naziri Şinzo Abenin Tehrana olacaq səfəri haqda dedi: Yaponiya baş nazirinin İrana səfər etməsi ABŞ hökumətinin yanlış siyasətləri və qanunsuz hərəkətləri üzündən regionun üzləşdiyi təhlükəli vəziyyətlə bağlı İran İslam Respublikasının mövqeyini bəyan etmək üçün münasib fürsətdir. 

İranın xarici işlər naziri həmçinin, İranın nüvə anlaşması qarşısındakı öhdəliklərini icra etmələri üçün Avropa ölkələrinə verdiyi ultimatum haqda da dedi: Təəssüflər olsun ki, ABŞ-ın nüvə anlaşmasından çıxmasından bir il ötsə də, avropalılar İranın nüvə anlaşmasının iqtisadi mənfəətlərindən faydalanmasına dair öhdəliklərinə sadiq qalmayıblar. 

Zərif həmçinin dedi: İranİslam Respublikası prezidentinin nüvə anlaşmasında qalan ölkələrin başçılarına ünvanlanmış məktubunda tam aydın formada bildirilib ki, avropalıların öz öhdəliklərinə qayıdacaqları zaman İran da dayandırdığı könüllü öhdəliklərini yenidən icra edəcək. 

İran 8 may 2019-cu il tarixində, nüvə anlaşması çərçivəsində bəzi öhdəliklərinin icrasını dayandıraraq, nüvə anlaşmasında qalan ölkələrə öz öhdəliklərinə əməl etmələri xüsusilə bank əlaqələri və neft satışı üzrə öhdəliklərini  yerinə yetirmələri üçün 60 günlük möhlət verib. 

Almaniya, Britaniya və Fransa ABŞ-ın nüvə anlaşmasından çıxmasından sonra İranın nüvə anlaşmasının iqtisadi mənfəətlərindən faydalana biləcəyinə dair üzərlərinə öhdəlik götürsələr də, indiyə kimi bu istiqamətdə hansısa iş görülməyib. 

Teqlər