Ruhani: İranın strateji səbri, Amerikanın nüvə anlaşmasından çıxmaq üzrə nəhs planlarını zərərsizləşdirdi
İran İslam Respublikası prezidenti Tehranın strateji səbrinin Amerikanın nüvə anlaşmasından çıxmaq üzrə nəhs planlarının zərərsizləşməsinə səbəb olduğunu bildirib.
İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün quruluşun rəsmi şəxslərindən bir qrupu və İslam ölkələri səfirlərinin səadətli fitir bayramı münasibətilə İslam İnqilabının Böyük Rəhbəri ilə görüşündə bu böyük bayram münasibətilə İran xalqını və bütün islami cəmiyyətləri təbrik edərək, deyib: Amerikalılar nüvə anlaşmasından çıxmaqla İranın da bu anlaşmadan çıxmasını istəyirdilər ki, bu yolla Tehrana qarşı beynəlxalq sanksiyalar tətbi edə bilmiş olsunlar.
Ruhani İranın strateji səbrinin İran İslam Respublikasının dünyanın siyasi və ictimai fikrində qalib gəlməsinə səbəb olduğunu dilə gətirərək, əlavə edib: Bu gün bir il strateji səbirdən sonra İran əgər nüvə anlaşmasındakı öhdəliklərini azaldarsa, heç kəs İran İslam Respublikasını məzəmmət edə bilməz.
İran İslam Respublikası prezidenti vurğulayıb ki, düşmən bu gün İran barədəki danışıq tərzini dəyişməyə məcbur olubdur. O, deyib: Əgər onlar öz məsuliyyətlərini üzərlərinə götürüb, vurduqları xəsarətlərin əvəzini çıxarlarsa, bəlkə problemlərin həlli üçün digər bir şəraiti qarşılarında görmüş olarlar, yoxsa danışıq tərzinin dəyişməsi ilə bir iş görə bilməyəcəklər.
Ruhani düşmənlərin İran xalqına qarşı fitnə və planları qarşısında şücaətli təmkinlilik və müqavimət zərurətinə işarə edərək, vurğulayıb: Şübhəsiz, düşmən heç vaxt İran xalqını dizə çökdürə bilməz və İran İslam Respublikasının quruluşu və xalqı bu sahədə öz səbrləri ilə qalib gələcəklər.